techbu.tv

İş vaxtı artıq daha çevik ola bilər

22 iyul 2026 · 1 dəq oxuma

İş vaxtı artıq daha çevik ola bilər

2026-2030 Məşğulluq Strategiyası çərçivəsində Azərbaycanda "çevik iş vaxtı" modeli tətbiq olunacaq.


Bu model çərçivəsində işçilər həftəlik 40 saatlıq iş normasını qorumaqla, işə başlama və bitmə vaxtını sərbəst seçə biləcəklər. Məsələn, işə başlama üçün 

06:00-10:00 aralığında uyğun vaxt seçmək mümkün olacaq. Bununla yanaşı, hər kəsin iş yerində olması tələb olunan müəyyən "əsas saatlar" da müəyyənləşdiriləcək. Qalan vaxt isə sərbəst tənzimlənə biləcək.

Bu iş rejimi xüsusilə İT, maliyyə və təhsil sahəsində çalışan işçilər üçün, eləcə də azyaşlı uşağı olan valideynlər, tələbələr və məsafədən işləyənlər üçün əlverişli hesab olunur.

Bu, iş və şəxsi həyat arasında tarazlığı təmin etmək məqsədilə beynəlxalq təcrübəyə əsaslanan addımdır. 


Digər yazılar

Bütün yazılar →