Honor Power Batareyası deyilən kimi olmayacaq?
26 iyul 2026 · 1 dəq oxuma

Honor Power3-ün batareya gücü ilə bağlı yeni şayiələrə görə, cihazın batareya tutumu ən azı 10.000 mAh olacaq. Bu, əvvəlki model Power2-nin 10.080 mAh batareyasına yaxın bir dəyərdir. Daha öncə 11.000-12.000 mAh səviyyəsinə çata biləcəyi deyilsə də yeni məlumatlar həmin göstəricilərin çox optimist olduğunu göstərir.
Smartfonun digər texniki özəlliklərinə gəldikdə isə, Power3 modelinin ekranı 7 düymədək böyüyüb. Qurğu MediaTek Dimensity 8 seriyasına aid çiplə təchiz olunacaq. Şirkətin cihazı Power2-dən bir il sonra təqdim edəcəyi güman edilir.


