Naxçıvandan Dünyaya
22 iyul 2026 · 1 dəq oxuma

Naxçıvandan Dünyaya: Google, Amazon, NVIDIA və Intel ilə əməkdaşlıq quran azərbaycanlı AI startup barədə bilirsinizmi?
Yaqub Rəhimov — 16 illik AI təcrübəsi ilə bu sahədə tanınan mütəxəssisdir. Onun qurduğu "Polygraf AI" bugün: 10 milyon dollara yaxın investisiya cəlb edib Fortune 500 şirkətlərinə xidmət göstərir. Google, Amazon, NVIDIA və Intel ilə tərəfdaşdır.
Növbəti hədəf: Bakıda regional mərkəz "Polygraf AI" və İRİA arasında imzalanan memorandum ilə Mərkəzi Asiya və Yaxın Şərqə xidmət edəcək Mükəmməllik Mərkəzi yaradılır.
Bu mərkəzin nə faydası olacaq?
AI, mühəndislik və kibertəhlükəsizlik sahələrində yerli mütəxəssis komandası formalaşacaq, universitet və texnoparklarla birgə real təcrübə və təlim proqramları başlayacaq. Azərbaycan məhsulları beynəlxalq bazarlara, xüsusilə Afrika bazarına çıxarılacaq. Bu Azərbaycanın AI xəritəsində yeni mərhələdir.


