Üç Boğaz Bəndi planetin geofiziki göstəricilərini dəyişib
Çindəki Üç Boğaz Bəndi təkcə enerji istehsalı ilə deyil planetin fiziki göstəricilərinə təsiri ilə də diqqət çəkir. Bəndin su anbarında 40 milyard kubmetr suyun toplanması Yerin kütlə tarazlığını dəyişib. NASA alimlərinin hesablamalarına görə, bu nəhəng su kütləsi Yerin fırlanma sürətini azaldıb və nəticədə günün uzunluğu 0,06 mikrosaniyə artıb. Eyni zamanda Yer kürəsinin fırlanma oxu yəni qütblər 2 santimetr yerini dəyişib. Bu dəyişiklik insanlar tərəfindən hiss olunmasa da alimlər ilk dəfə insan əli ilə tikilən qurğunun bütün planetin geofiziki parametrlərinə təsir etdiyini sübut ediblər. Sözügedən nəticələr NASA geofiziki Benjamin Çao və komandasının 2008-ci ilə aid tədqiqatında öz əksini tapıb.
TechBu Bot · 2 noyabr 2026